Bütün xəbərlər
Quru Qoşunların komandanı o oldu
Tarix: 23-07-2021 19:36 | Bölmə: Karusel

                    Quru Qoşunların komandanı o oldu


Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində yeni təyinatlar olub.
"Qafqazinfo"nun məlumatına görə, Prezident İlham Əliyevin sərəncamına əsasən, general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib.
Qeyd edək ki, “Vətən uğrunda” medalı ilə təltif edilən Ənvər Əfəndiyev daha əvvəl Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursant taborunun komandiri və Bərdə Hərbi Birləşməsinin Qərargah rəisi vəzifələrində çalışıb. General-mayor rütbəsini 2016-cı ilin iyununda alıb.


Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər