22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Məclisə 190 nəfər çağıran toy sahibi cərimələndi
Tarix: 17-07-2021 15:28 | Bölmə: Karusel

                    Məclisə 190 nəfər çağıran toy sahibi cərimələndi



Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində rayonun Qara Nuru kəndində yerləşən “Komfort” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin "Qafqazinfo"ya verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı 140 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 190 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı həmin sarayın inzibatçısı İsmətəli Mirzəyev və toy sahibi Vidadi Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər