22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Prezident bu səfirləri geri çağırdı - Yenilənib
Tarix: 16-07-2021 17:49 | Bölmə: Karusel

                     Prezident bu səfirləri geri çağırdı


Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə Ağalar Rahim oğlu Atamoğlanov təyin olunub.
Dövlət başçısının digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
***
Prezident İlham Əliyev daha bir səfirlə bağlı sərəncam verib.
Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Ülvi Vaqif oğlu Baxşəliyev isə Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Dövlət başçısının digər bir sərəncamı ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Əlimirzamin Qəvvam oğlu Əskərov isə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər