22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verdi
Tarix: 16-07-2021 15:23 | Bölmə: Karusel

                     Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Avropada baş vermiş daşqınlara görə təbii fəlakətdən əziyyət çəkən ölkələrə başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, nazirlik bu haqda öz tvitter hesabında məlumat yayıb.
“Qərbi Avropada ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada daşqınların qurbanları olmuş şəxslərə görə başsağlığımızı diləyirik.
Yağıntıların dağıdıcı təsirlərinin aradan qaldırılmasında Almaniya və Belçikanın yanındayıq”, - deyə məlumatda qeyd olunub.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər