22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
13 nəfər artıq qonaq gəldi, administrator həbs edildi
Tarix: 16-07-2021 15:03 | Bölmə: Karusel

                     13 nəfər artıq qonaq gəldi, administrator həbs edildi


Gəncə şəhərində keçirilən toy mərasimi zamanı reyd keçirilərkən qanunla nəzərdə tutulan saydan artıq qonaq iştirak etdiyi aşkarlanıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Gəncə ŞBPİ Kəpəz RPİ idarəsinin keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində yerləşən “Sevincim” şadlıq sarayının operativ qərargah tərəfindən qəbul edilən normadan, 150 nəfərdən artıq qonaq qəbul etməsi müəyyən edilib:
“Restoran inzibatçısı (adminstrator) Elşən Hüseynov saxlanılaraq RPİ-yə gətirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə Elşən Hüseynov 8 gün müddətinə inzibati həbs edilib”.
Qeyd edək ki, reyd zamanı toyda 163 nəfərin iştirak etdiyi məlum olub.



Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər