22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ermənistan yenə Naxçıvanı atəşə tutdu
Tarix: 16-07-2021 14:02 | Bölmə: Karusel

                   Ermənistan yenə Naxçıvanı atəşə tutdu


İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordudan “Nuhçıxan” agentliyinə məlumat verilib.
Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər