22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tbilisidə yenidən etiraz aksiyası başladı
Tarix: 13-07-2021 02:12 | Bölmə: Karusel

                      Tbilisidə yenidən etiraz aksiyası başladı


Gürcüstanda Baş nazir İrakli Qaribaşvilinin və kabinetin istefası tələbi ilə aksiyalar yenidən başlayıb.
“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, Rustaveli prospekti aksiyaçılar tərəfindən bağlanıb. Müxalif “Formula” telekanalının aparıcısı 5 iyul toqquşmaları zamanı xəsarət alan 53 KİV nümayəndəsinin adlarını oxuyub. Parlament binası ətrafında polis dəstələri toplaşıb.
Qeyd edək ki, son günlər Tbilisidə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirib. Buna səbəb isə “Tbilisi Pride” qeyri-hökumət təşkilatının iyulun 5-də paytaxtda LGBT icmasına dəstək məqsədli “Ləyaqət marşı” keçirmək istəməsi olub. Bu aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər.
Gürcüstan DİN-in məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb. 



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər