22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Eldar Həsənov əməliyyat olundu
Tarix: 13-07-2021 02:00 | Bölmə: Karusel

                 Eldar Həsənov əməliyyat olundu


Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun üzərində cərahiyyə əməliyyatı keçirilib.
“Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq səfir bağırsaq keçməzliyindən əziyyət çəkirmiş.
Səhhəti olduqca pis olan Eldar Həsənov üzərində cərahiyyə əməliyyatı aparılıb.
Hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, o, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülmüşdü.
Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər