22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri AÇIQLANDI
Tarix: 09-07-2021 13:39 | Bölmə: Karusel

                      Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələriAÇIQLANDI


Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının seçim nəticələri müəyyən olunub.
Unikal.org xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, valideynlər sy.edu.az portalı vasitəsilə “Şəxsi kabinet”ə daxil olaraq övladlarının seçim nəticələri ilə tanış ola bilərlər.
Övladları uğur qazanmış valideynlər 15 iyul saat 17:00-dək qəbul olduqları lisey və ya gimnaziyanı sistemdə təsdiqləməlidirlər. Əks halda, həmin şagirdlərin nəticələri ləğv ediləcək.
Qeyd edək ki, şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdirilib.



Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər