22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Qarabağ” Bolqarıstan klubuna qalib gəldi
Tarix: 08-07-2021 01:33 | Bölmə: Karusel

                   “Qarabağ” Bolqarıstan klubuna qalib gəldi


Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.
“Qafqazinfo”  xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşıb.
Sofiya təmsilçisi ilə oyuna Bakı vaxtı ilə saat 20:00-da start verilib. Qarşılaşma Ağdam klubunun qələbəsiylə başa çatıb.
“Qarabağ” Avstriya toplanışında Rusiyanın “Arsenal” (Tula) və Almaniyanın “Auqsburq” komandaları ilə də yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
7 iyul

Qarabağ – ÇSKA (Sofiya) 1:0
Qol: Musa Qurbanlı, 69.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər