22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
Tarix: 08-07-2021 01:16 | Bölmə: Karusel

                  “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı



Bu gün Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, paytaxt klubu bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Dinamo” (Tiflis) ilə qarşılaşıb.
Tiflisdə baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. 7 illik fasilədən sonra, tarixində 7-ci dəfə Çempionlar Liqasında iştirak edən bakılılar səfərdən 2:1 hesablı qələbə ilə ayrılıblar. “Neftçi”yə qələbə qazandıran qollara Namiq Ələsgərovla Emin Mahmudov imza atıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
7 iyul
20:00. Dinamo (Tiflis) - Neftçi - 1:2
Qol: Z.Maruşiç, 36 – N.Ələsgərov, 23. E.Mahmudov, 57-pen.
Baş hakim: David Fuksman (İsrail).
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”.
"Dinamo": Kvasxvadze, Sporkslede, Xvadqiani, Papava (k), Qbenyon, Xarabadze, Radin, Kardava, Kutsiya, Marusiç, Qabedava Ehtiyat oyunçular: Miqineişvili, Kalandadze, Kobouri, Axvlediani, Osey, İaşvili, Morçiladze, Mekvabişvili, Kavtaradze
"Neftçi": Aqil Məmmədov, Voislav Stankoviç, Mamadu Mbodj, Mert Çelik, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane, Emin Mahmudov (k), Harramiz Suares, Namik Ələskərov, Sezar Meza Kolli
Ehtiyat oyunçular: Kamran İbrahimov, Əlirza Müştəbəzadə, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Mirabdulla Abbasov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər