22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Gədəbəydə çobanı sel apardı
Tarix: 08-07-2021 01:15 | Bölmə: Karusel

                 Gədəbəydə çobanı sel apardı


Gədəbəy rayonunda güclü yağış nəticəsində yaranan sel bir nəfərin ölümünə səbəb olub. 
"Qafqazinfo" xəbər verir ki, rayonun Moruqlu kəndində yağan yağışdan yaranan sel bir nəfər sakini aparıb.
Onun rayon sakini, 1958-ci il təvəllüdlü Sahib Sadıqov olduğu müəyyən edilib.
Ölən şəxsin çoban olduğu bildirilir. 
Bundan başqa, yağan yağış nəticəsində Şəmkir rayon Kraz yolu adlanan hissəsində avtomobil idarəetməni itirərək dərəyə düşüb. Hazırda polis əməkdaşları hadisə yerinə cəlb olunub. Xəsarət alanın olub-olmaması dəqiqləşdirilir.



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər