22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ermənilər yenə atəşkəsi pozdu
Tarix: 07-07-2021 15:43 | Bölmə: Karusel

                   Ermənilər yenə atəşkəsi pozdu


İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər