22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İlham Əliyev Putinə başsağlığı verdi
Tarix: 07-07-2021 02:00 | Bölmə: Karusel

                 İlham Əliyev Putinə başsağlığı verdi


Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə təyyarə qəzası ilə bağlı başsağlığı verib. 
"Qafqazinfo"nun məlumatına görə, başsağlığında deyilir: 
"Hörmətli Vladimir Vladimiroviç.
Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm".



Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər