22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Polisi maşın vurdu, öldü
Tarix: 06-07-2021 14:41 | Bölmə: Karusel

                    Polisi maşın vurdu, öldü


Şabran rayonunda yolun kənarında dayanan polis əməkdaşı maşın vurması nəticəsində ölüb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, iyulun 6-da saat 01:30-da Şabran şəhərinin ərazisində şəhər sakini Ə. Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər