22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiyada 6 terrorçu zərərsizləşdirildi
Tarix: 05-07-2021 15:14 | Bölmə: Karusel

                   Rusiyada 6 terrorçu zərərsizləşdirildi


Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva, Kabardin-Balkar və Həştərxan vilayətində bir neçə terror aktının qarşısını alıb.
“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumata əsasən, xidmət  İŞİD beynəlxalq terror təşkilatının üzvləri tərəfindən 2021-ci ilin yayında Rusiya ərazisində törədilməsi planlaşdırılan bir sıra terror aktlarının qarşısını alıb.
Həyata keçirilən tədbirlər nəticəsində 6 cinayətkar zərərsizləşdirilib, 2-si isə saxlanılıb. 
Həmçinin, Moskvada iki terror aktının qarşısı alınıb, iki şübhəli şəxs saxlanılıb.
Bundan əlavə, FTX əməkdaşları Moskvada insanların kütləvi olduğu yerlərdə partlayıcı qurğunu işə salmaqla terror aktı törətməyə hazırlaşan İŞİD təşkilatının üzvünü ələ keçiriblər. 
Həştərxan vilayətində və Kabardin-Balkarda terror təşkilatlarının altı iştirakçısı zərərsizləşdirilib.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər