22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Avropa İttifaqı plastik qablardan istifadəni dayandırdı
Tarix: 05-07-2021 15:12 | Bölmə: Karusel

                   Avropa İttifaqı plastik qablardan istifadəni dayandırdı


Avropa İttifaqı ölkələri plastik qablardan istifadəyə birdəfəlik son qoyub. Bununla bağlı müvafiq qanun 3 iyul tarixində qüvvəyə minib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ətraf mühit üzrə Avropa komissarı Virginijus Sinkevicius öz tvitter hesabında yazıb. 
Sinkevicius qeyd edib ki, iyulun 3-də Avropanın plastik qabların, pambıq çöplərin, kokteyl üçün çubuqların, hava şarları üçün çubuqların, okso-parçalana bilən yemək qablarının və köpük stəkanların istifadəsindən və istehsalından birdəfəlik olaraq imtina etdiyi o gün gəlib çatıb.  
Qeyd edək ki, Avropa parlamenti plastikdən hazırlanmış birdəfəlik istifadə olunan məhsulların istehsalını və satışını qadağan edən qanunu hələ 2019-cu ildə qəbul edib.
Xatırladaq ki, cari ilin 1 iyul tarixindən Azərbaycanda da birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilib.



Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər