22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Prezident yol tikintisinə 6,8 milyon manat ayırdı
Tarix: 05-07-2021 15:11 | Bölmə: Karusel

              Prezident yol tikintisinə 6,8 milyon manat ayırdı


Prezident İlham Əliyev Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər