22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Argentina və Kolumbiya yarımfinalda
Tarix: 04-07-2021 13:24 | Bölmə: Karusel

                   Argentina və Kolumbiya yarımfinalda


Futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
"Qafqazinfo" xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gəlib.
 
Əvvəlcə Kolumbiya və Uruqvay yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Buna görə də qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan kolumbiyalılar 4:2 hesabı ilə qalib gəlib.
Sonuncu 1/4 final matçı Argentina və Ekvador yığmaları arasında baş tutub. Argentinalılar bu oyunda üç cavabsız qola seviniblər.
 
Beləliklə, yarımfinalda Braziliya Perunu, Argentina Kolumbiyanı sınağa çəkəcək. Oyunlar 6-7 iyulda keçiriləcək.



Baxış sayı: 507


Bölməyə aid digər xəbərlər