22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiyadan gətirilən yeni qatarların şüşələri yolda sındırılıb? - FOTO
Tarix: 01-07-2021 13:37 | Bölmə: Karusel
                

Yeni qatarların şüşələrinin sındırılması, üzərinə müxtəlif sözlərin yazılması ilə yararsız vəziyyətə salınaraq, geri qaytarılması ilə bağlı sosial platformalarda yayılmış məlumatlara aydınlıq gətirilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov HİT.Az-a bildirib ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb:
“Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur”.
Qurum rəsmisinin sözlərinə görə, ümumiyyətlə, qatarların yol boyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür:
“Ümumən qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu həmişə belə olub və bu dəfə də belə olacaq”.
  •    






Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər