Bütün xəbərlər
Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - Fotolar
Tarix: 24-06-2021 21:22 | Bölmə: Karusel

                    Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü


Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.
45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. "Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.
Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.







Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər