Bütün xəbərlər
Kobud pozuntu etmiş hakimlərlə bağlı qərarı Ali Məhkəmə çıxaracaq
Tarix: 24-06-2021 16:46 | Bölmə: Karusel

                  Kobud pozuntu etmiş hakimlərlə bağlı qərarı Ali Məhkəmə çıxaracaq


Ali Məhkəmənin Plenumu Mülki Prosessual Məcəllənin 265.4-cü və 265.5-ci maddələrində nəzərdə tutulmuş hallarda habelə işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində qərardad çıxara bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərdə bildirilir. Sözügedən dəyişiklik Məcəlləyə yeni əlavə edilən 438.1-ci maddədə əks olunub. 
438.1-2 ci maddəyə əsasən isə hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Ali Məhkəmənin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir.


Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər