Bütün xəbərlər
Bakı Slavyan Universitetinə rektor əvəzi təyin olundu
Tarix: 24-06-2021 15:51 | Bölmə: Karusel

                    Bakı Slavyan Universitetinə rektor əvəzi təyin olundu


Bakı Slavyan Universitetində rektorun səlahiyyətlərini Anar Nağıyev icra edəcək. Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Bu barədə “Qafqazinfo”ya Universitetdən məlumat verilib. Bildirilib ki, Anar Nağıyev bu gün kollektivə təqdim olunub.
A. Nağıyev bundan əvvəl Azərbaycan Dillər Universitetində çalışıb.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva iyunun 22-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib.


Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər