Bütün xəbərlər
Bu gündən I siniflərə məktəb seçimi başlayır
Tarix: 24-06-2021 10:36 | Bölmə: Karusel

                      Bu gündən I siniflərə məktəb seçimi başlayır


Bu gündən tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.
Unikal.org xəbər verir ki, valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.
Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər