Bütün xəbərlər
Apellyasiya şikayətlərinə məhkəmə iclası keçirilmədən baxılacaq
Tarix: 24-06-2021 10:31 | Bölmə: Karusel

                  Apellyasiya şikayətlərinə məhkəmə iclası keçirilmədən baxılacaq


Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi təklif olunur.
“Qafqazinfo” xəbər verir ki, yeni dəyişikliyə əsasən iddianı təmin etmək haqqında ərizəyə, şikayətə, məhkəmə əmrinin çıxarılması və kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq.
Layihəyə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardan verilən şikayətə də onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxacaq. Ancaq məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər.
Layihəyə Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasında baxılacaq.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər