Bütün xəbərlər
İranda seçki qutularını daşıyan vertolyot qəzaya düşdü - Ölən və yaralananlar var
Tarix: 19-06-2021 15:03 | Bölmə: Karusel

                      İranda seçki qutularını daşıyan vertolyot qəzaya düşdü


İranda prezident və bələdiyyə seçkilərindən sonra səyyar səsvermə qutularını daşıyan vertolyot  qəzaya uğrayıb.
“Qafqazinfo” “İRNA” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölən şəxsin hüquq-mühafizə orqanının əməkdaşı olduğu bildirilir.
Hadisə Xuzestan əyalətində baş verib.


Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər