Bütün xəbərlər
Mağazalarda geyimdəyişmə otaqlarından istifadə qadağan edildi
Tarix: 17-06-2021 03:20 | Bölmə: Karusel

                      Mağazalarda geyimdəyişmə otaqlarından istifadə qadağan edildi


Ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir.
Sənədə əsasən, kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.
Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.


Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər