Bütün xəbərlər
“Tarixi gündür” - İlham Əliyev
Tarix: 16-06-2021 01:00 | Bölmə: Karusel

                  “Tarixi gündür”



"Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var".
"Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.
Dövlət başçısı deyib: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.


Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər