Bütün xəbərlər
Prezident yeni çəkilən yollarda görülən işlərlə tanış oldu
Tarix: 14-06-2021 22:06 | Bölmə: Karusel

                     Prezident yeni çəkilən yollarda görülən işlərlə tanış oldu


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verildi.
Bildirilib ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.


Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər