Bütün xəbərlər
Arxiyepiskop Aleksandr İşein koronavirusdan vəfat etdi - Yenilənib
Tarix: 11-06-2021 02:49 | Bölmə: Karusel

                   Arxiyepiskop Aleksandr İşein koronavirusdan vəfat etdi


Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, A.İşein uzun sürən xəstəlikdən (xərçəng) sonra dünyasını dəyişib.
Onun harada dəfn ediləcəyinə sabah qərar veriləcək.
Qeyd edək ki, Aleksandr İşein 13 oktyabr 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində doğulub.
1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.
***
TASS-ın məlumatına görə, Moskva Patriarxlığının nəzdindəki koronavirus infeksiyasının yayılması kontekstində kilsə qurumlarının fəaliyyətlərinin əlaqələndirilməsi üzrə işçi qrupu arxiyepiskopun COVID-19-dan dünyasını dəyişdiyini açıqlayıb.


Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər