Bütün xəbərlər
Hacı Əliyev bürünc medal qazandı
Tarix: 09-06-2021 01:52 | Bölmə: Karusel

                  Hacı Əliyev bürünc medal qazandı


İyunun 8-də Varşavada güləş üzrə “Poland Open” turniri start götürüb.
“Qafqazinfo” xəbər verir ki, ilk yarış günündə 57, 70, 79, 86 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.
Turnirdə 70 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemi ilə keçirilib. Təmsilçimiz Hacı Əliyev “A” qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb.
Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib. Üçüncü turda gürcü rəqibindən də güclü olan H.Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub.
Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisi ilə qarşılaşan H.Əliyev rəqibinə minimal fərqlə qalib gəlib.
Digər güləşçimiz Şərif Şərifov (97 kq) isə pley-off sistemi ilə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.


Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər