Bütün xəbərlər
Şəkil çəkdirərkən bir ailədən üç uşaq suda boğularaq öldü
Tarix: 08-06-2021 23:46 | Bölmə: Karusel

                   Şəkil çəkdirərkən bir ailədən üç uşaq suda boğularaq öldü


Cəlilabad rayonunda üç nəfər su anbarında boğulub.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bədbəxt hadisə rayonun Gülməmmədli kəndində baş verib.
Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin, qardaşlar - 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər.
Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub. Uşaqların meyiti sudan çıxarılıb.
İlkin məlumata görə, həmin şəxslər su anbarının yanında şəkil çəkdirərkən suya yıxılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb.
Axtarışda olan Yaqubov Həsən Rizvan oğlunun (16 yaş), Yaqubov Həmzə Nizami oğlunun (6 yaş) və Yaqubov Hüseyn Rizvan oğlunun (17 yaş) meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər