22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Azərbaycan Tokio Olimpiadasına daha bir lisenziya qazandı
Tarix: 07-06-2021 02:39 | Bölmə: Karusel

                  Azərbaycan Tokio Olimpiadasına daha bir lisenziya qazandı

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Bu uğura boksçu Məhəmməd Abdullayev imza atıb.
O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. +91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda ukraynalı Tsotne Roqavaya qalib gəlib.
Bu qələbə həm yarımfinala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.
Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 28-ə çatıb. Abdullayev bu siyahıda beşinci boksçudur.
Onadək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) də bu hüquqa yiyələnib.(oxu.az)



Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər