22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ramiz Mehdiyev koronavirusa yoluxub? - AMEA -dan açıqlama
Tarix: 05-06-2021 00:32 | Bölmə: Karusel

                   Ramiz Mehdiyev koronavirusa yoluxub?


Azərbaycan Milli Elmlər Akademiyası qurumun prezidenti Ramiz Mehdiyevin koronavirusa yoluxması haqda yayılan məlumatlara aydınlıq gətirib. 
AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir:
“Bu gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb. 
İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”.
Qeyd edək ki, yayılan məlumatlarda R. Mehdiyevin 1 həftədir ki, koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu deyilirdi.



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər