22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Penitensiar Xidmətin əsgəri özünü xidməti silahla öldürdü
Tarix: 31-05-2021 12:45 | Bölmə: Karusel

                  Penitensiar Xidmətin əsgəri özünü xidməti silahla öldürdü


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgəri intihar edib.
“Qafqazinfo” xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Report-a bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.
Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər