22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“WhatsApp”ın gizlilik şərtini qəbul etməyənlərin nəzərinə
Tarix: 30-05-2021 00:17 | Bölmə: Karusel

                    “WhatsApp”ın gizlilik şərtini qəbul etməyənlərin nəzərinə


Yanvar ayında istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsinin təsdiqlənmə tarixini mayın 15-dək uzadan “WhatsApp” məsələ ilə bağlı yeni açıqlama verib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Telegraph” məlumat yayıb.
Nəşr “WhatsApp”ın istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsini qəbul etməyənlərin hər hansı sanksiya ilə üz-üzə qalmayacağını yazıb.
Qeyd olunub ki, “WhatsApp”ın bu qərarı almasında istifadəçi sayındakı azalma və bir sıra hökumətlərin buna qarşı çıxmasının böyük təsiri olub.
“Bir sıra rəsmilər və gizlilik mütəxəssisləri ilə maparılan son müzakirələrə baxsaq, hazırda yeniliyi hələlik qəbul etməmiş istifadəçilərə qarşı hər hansı məhdudiyyət planımız olmadığını açıq şəkildə bildirmək istəyirik”, - şirkətdən qeyd olunub.
O da əlavə olunub ki, müxtəlif vaxtlarda şirkət istifadəçilərə yeniliklə bağlı xatırlatma edəcək.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər