22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Yol polisinin saxladığı maşından silah-sursat çıxdı
Tarix: 24-05-2021 14:00 | Bölmə: Karusel

                    Yol polisinin saxladığı maşından silah-sursat çıxdı


Mayın 22-də saat 16 radələrində Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Avtomobilə baxış zamanı çoxsaylı səs-siqnal quraşdırılması müəyyən edilmiş, habelə 1 ədəd balta, 1 ədəd “Draqon” markalı ov tüfəngi, 14 ədəd patron, 1 ədəd “Jenix” markalı göz yaşardıcı qaz balonu, 1 ədəd elektroşoker və 8 büküm narkotik vasitə aşkar edilərək götürülüb.
Araşdırma aparılır.



Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər