22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qadın karateçimiz Avropa çempionu oldu
Tarix: 23-05-2021 03:09 | Bölmə: Karusel

                    Qadın karateçimiz Avropa çempionu oldu


Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklər arasında 56-cı Avropa çempionatı davam edir.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan karateçisi İrina Zaretska (68 kq) finalda Yunanıstan təmsilçisi Vasiliki Panetsiduya qalib gələrək Avropa çempionu olub.
Hazırda çempionatda medal görüşləri davam edir. Karateçilərimiz Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) Avropa çempionatında uğurla çıxış edərək finala yüksəliblər.
Qitə çempionatında 15 karateçimiz iştirak edir. Yarışa mayın 23-də yekun vurulacaq.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər