22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Bu şirkətdə 90 minlik yeyinti aşkarlandı
Tarix: 22-05-2021 12:24 | Bölmə: Karusel

                      Bu şirkətdə 90 minlik yeyinti aşkarlandı


Azərbaycanda istehsal və distribusiya ilə məşğul olan şirkətin satış təmsilçisi məsuliyyətə cəlb edilib.
Şirvan şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, “Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə cinayət işi başlanılıb.
Araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər