22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Vaksin istehsalı 9 nəfəri milyarder edib
Tarix: 21-05-2021 22:18 | Bölmə: Karusel

                  Vaksin istehsalı 9 nəfəri milyarder edib


Koronavirus vaksinlərinin satışı həmin peyvəndlərin istehsalçısı olan şirkət rəhbərlərini milyarderə çevirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN material dərc edib. Bildirilir ki, vaksin istehsalından ən çox gəlir əldə edənlər Amerikanın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel və “Pfizer”lə birgə peyvənd istehsal edən “BioNTech”in rəhbəri Uğur Şahin olub. Onların hər ikisinin maddi sərvəti hazırda 4 milyard dollar təşkil edir.
Bundan başqa, “Moderna”nın ilk investoru olan Çinin “CanSino Biologics” şirkətinin rəhbərləri də milyarderə çevrilib. Ümumilikdə yeni milyarderə çevrilən 9 nəfərin ümumi sərvəti 19,3 milyard dollar təşkil edir.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər