22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Şamaxıda çörək sexində nöqsanlar aşkarlanıb
Tarix: 19-05-2021 13:00 | Bölmə: Karusel

          #



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Şamaxı şəhəri, N. Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirilib.
AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.




Baxış sayı: 584


Bölməyə aid digər xəbərlər