Bütün xəbərlər
Ukraynalı nazir istefaya göndərildi
Tarix: 18-05-2021 23:40 | Bölmə: Karusel

                 Ukraynalı nazir istefaya göndərildi


Ukrayna Ali Radası növbədənkənar iclası zamanı iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı naziri İqor Petraşkonu vəzifəsindən azad edib.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, qərarı 280 deputat dəstəkləyib. Ali Rada spikerinin mətbuat katibi Olqa Tuniy bildirib ki, istefa ilə bağlı Petraşko özü parlamentə müraciət edib.
KİV-in məlumatına görə, iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı naziri postuna Dövlət Vergi Xidmətinin başçısı Aleksey Lyubçenkonun gətirilməsi planlaşıdırılır.



Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər