22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Korrupsiya ilə mübarizə üçün “Qaynar xətt” yaradıldı
Tarix: 18-05-2021 23:34 | Bölmə: Karusel

                    Korrupsiya ilə mübarizə üçün “Qaynar xətt” yaradıldı



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i (012 525 55 45 (Daxili nömrə - 1) fəaliyyətə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar Xidmətin əməkdaşlarına aid hər hansı korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları halda bu barədə iş saatları ərzində (09:30-18:30) həmin “Qaynar xətt”ə, həmçinin, [email protected] ünvanına müraciət edə bilərlər. 
Bildirilib ki, daxil olan bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırılacaq. Müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.



Baxış sayı: 417


Bölməyə aid digər xəbərlər