Bütün xəbərlər
Evdə tək yaşayan qadın qətlə yetirildi
Tarix: 17-05-2021 00:24 | Bölmə: Karusel

                      Evdə tək yaşayan qadın qətlə yetirildi


Ağstafa rayonunda 62 yaşlı qadın qətlə yetirilib.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində baş verib. Kənd sakini, 1959-cu il təvəllüdlü Çiçək Hüseynovanın yaşadığı evdə meyiti tapılıb.
Onun boğularaq öldürüldüyü məlum olub. İlkin məlumata görə, Ç.Hüseynova 30 ilə yaxındır ki, həmin evdə tək yaşayırmış.
Cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.


Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər