Bütün xəbərlər
Çavuşoğlu bu gün Bakıya gəlir
Tarix: 06-10-2020 11:37 | Bölmə: Karusel

                  Çavuşoğlu bu gün Bakıya gəlir                    


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana işgüzar səfərə gəlir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN Mətbuat xidməti açıqlama yayıb. Qeyd olunub ki, o, Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.
“Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi planlaşdırılan cənab nazirimiz həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağdakı son vəziyyət, həmçinin mövcud regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparacaq”, - deyə məlumatda vurğulanıb.



Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər