Bütün xəbərlər
59 deputat tələb etdi, Sahibə Qafarova sərəncam imzaladı
Tarix: 31-07-2020 19:15 | Bölmə: Karusel

                 59 deputat tələb etdi, Sahibə Qafarova sərəncam imzaladı

Milli Məclisin növbədənkənar sessiyası olacaq.
"Qafqazinfo" xəbər verir ki, parlamentin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixindən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır.
Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, sessiyada "2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə ediləcək.


Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər