Uşaqlara görə verilən müavinət də artırılacaq
Tarix: 25-03-2020 02:02 | Bölmə: Karusel

                  Uşaqlara görə verilən müavinət də artırılacaq

Azərbaycanda üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlər görüləcək.
"Qafqazinfo" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.
Sazişə əsasən, hər üç qurum uşağın 3 (üç) yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqədi ilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi öhdəliyini götürüb.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər