Bütün xəbərlər
Azərbaycanda tibbi maska istehsal ediləcək
Tarix: 14-03-2020 20:45 | Bölmə: Karusel

                 Azərbaycanda tibbi maska istehsal ediləcək

“Tibbi maskalara gəldikdə, bununla bağlı addımlar atılır”. 
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələ haqqında danışarkən deyib.
“Növbəti həftələrdə ölkəmizdə irihəcmli tibbi maskaların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq. Bununla bağlı avadanlıq alınıb və ölkəmizə gətirilib”, - deyə M.Cabbarov vurğulayıb.


Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər