Bütün xəbərlər
İran koronavirusun dərmanını tapıb - Rəsmi
Tarix: 11-03-2020 20:42 | Bölmə: Karusel

                 İran koronavirusun dərmanını tapıb

İranda “Covid-19” yoluxucu xəstəliyinin müalicəsində istifadə olunan yeni dərman müsbət nəticələr göstərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib.
O, qeyd edib ki, İsfahanda xəstəxanaların birində İsveçrə istehsalı “Aktemra” dərmanının yerli versiyasının tətbiqi nəticəsində koronavirusa yoluxmuş bəzi ağır xəstələrin səhhətində yaxşılaşma müşahidə olunub.
“Dərmanın ilk sınağından 48 saat ərzində xəstələrin səhhətində yaxşıya doğru inkişaf müşahidə olunub. Ancaq hər hansı bir qərar vermək üçün hələ çox tezdir”,- deyə Cahanpur qeyd edib.


Baxış sayı: 341


Bölməyə aid digər xəbərlər