Bütün xəbərlər
Düşənbədə əlillərin problemləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak ediblər
Tarix: 15-11-2017 23:40 | Bölmə: Gündəm
Tacikistan Əlillər Birliyi və BMT-nin sosial-iqtisadi departamenti bu ölkənin Əlillərin Hüquqları üzrə Beynəlxalq Konvensiyaya qoşulması ilə bağlı beynəlxalq konfrans keçiriblər.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin İnsan Hüquqları Şurasına üzv olan dövlətlərin təkliflərinin yerinə yetirilməsi ilə bağlı Milli Plan çərçivəsində 2017-2020-ci illərdə universal dövri icmal proseduruna əsasən keçirilir.
Azərbaycanın, Almaniyanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Moldovanın, Özbəkistanın və digər ölkələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə əlillərin sosial müdafiəsi, onların hüquqlarının qorunması, özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri, bu sahədə təcrübə mübadiləsinin aparılması və digər məsələlər müzakirə edilib.
Tacikistan Respublikası 2017-ci ilin sonuna qədər Əlillərin Hüquqları üzrə Konvensiyaya qoşulmağa söz verib.


Baxış sayı: 854


Bölməyə aid digər xəbərlər